Əsas məzmuna keç

İqtisadiyyat üzrə Nobel mükafatını iki amerikalı professor qazanıb

İqtisadiyyat üzrə Nobel mükafatını iki amerikalı professor qazanıb

Daron Acemoğlu və Saymon Consonun qlobal rifahla bağlı tədqiqatları mükafatlandırıldı. İnstitusional sistemlərin ölkələrin inkişafına təsiri nədən ibarətdir?

en ru

İqtisadiyyat üzrə mükafatı laureatlarının adı açıqlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, builki mükafat Robert Ernest Hall və Michael Voodforda təqdim olunub.

Onlar bu mükafata makroiqtisadi sabitləşmənin mikroiqtisadi əsasları istiqamətindəki fəaliyyətlərinə görə layiq görülüblər.

Məlumat üçün bildirək ki, Robert Ernest Hall 13 avqust 1943-cü ildə ABŞ-ın Kaliforniya ştatının Palo-Alto şəhərində anadan olub. O, iqtisadiyyatının ümumi vəziyyətini, iş yerlərinin açılmasını, qiymətlərin dəyişməsini və şirkətlərin fəaliyyətini uzun illər araşdırıb. ABŞ-ın Stanford və Hoover İnstitutlarının professoru həmçinin iqtisadi tənəzzüllərin nə vaxt başladığını və bitdiyini müəyyənləşdirməklə məşğul olan ABŞ-ın Milli İqtisadi Tədqiqatlar Bürosunun müvafiq komitəsinə də rəhbərlik edib.

Michael Voodford isə 1955-ci ildə ABŞ-ın Massaçusets ştatının Çikopi şəhərində anadan olub. O, müasir makroiqtisadiyyatın və pul siyasəti nəzəriyyəsinin tanınmış tədqiqatçılarından hesab olunur. ABŞ-nin Kolumbiya Universitetinin professoru mərkəzi bankların qərarları, ictimaiyyətin gələcəyə dair gözləntiləri və qiymətlərin dəyişməsinin iqtisadiyyata təsir mexanizminin araşdırmaçısıdır.

Qeyd edək ki, bu gün Nobel həftəsi başa çatıb.

Belə ki, oktyabrın 5-də fiziologiya və ya tibb, 6-da fizika, 7-də kimya, 8-də ədəbiyyat, 9-da , bu gün isə İqtisadiyyat üzrə Nobel mükafatı laureatları elan olunub.

Nobelin mükafat fondu təqribən 1,5 milyon ABŞ dollarıdır.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 12.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…