“iPhone” istifadəçiləri son günlər maraqlı və bir o qədər də narahatlıq doğuran texniki problemlə qarşılaşıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, smartfonlarda zəngli saatlar heç bir xəbərdarlıq edilmədən səssiz rejimdə işləməyə başlayıb.
OpenAI ChatGPT-də reklam dövrünü başladır: Yeni "Go" tarifi də daxildir
Problemin neçə nəfəri əhatə etdiyi hələlik dəqiq bilinməsə də, bir çox istifadəçi zəngli saatın səs ayarlarının öz-özünə "Heç biri" (None) rejiminə keçdiyini bildirib.
Bu xətanın nədən qaynaqlandığı tam məlum deyil, lakin mütəxəssislər bunun köhnə iOS versiyalarından qalan "klassik" zəng tonları ilə bağlı ola biləcəyini ehtimal edirlər.
Problemi necə yoxlamalı və həll etməli?
- Cihazınızda "Clock" (Saat) tətbiqinə daxil olun;
- Siyahıdakı hər bir zəngli saatın üzərinə klikləyərək tənzimləmələrə baxın;
- "Sound" (Səs) bölməsində hər hansı bir rinqtonun seçildiyindən və "None" (Heç biri) yazılmadığından əmin olun.
Qeyd edək ki, zəngli saat düzgün tənzimlənibsə, telefon səssiz rejimdə olsa belə, təyin olunmuş vaxtda səs çıxarmalıdır. Lakin “Face ID” funksiyası olan müasir “iPhone”larda "Attention Aware" (Diqqət tələb edən funksiyalar) xüsusiyyəti də səs səviyyəsinə təsir edə bilər.
Əgər cihaz istifadəçinin üzünün ekrana tərəf olduğunu təsbit edərsə, bildiriş və zəng səslərini avtomatik azaldır. Mütəxəssislər bildirirlər ki, bəzi hallarda bu funksiya insan yatarkən təsadüfən işə düşə və zəngli saatın səsinin eşidilməməsinə səbəb ola bilər. Bu funksiyanı tənzimləmələrdən əllə söndürmək mümkündür.