"İnter"in müdafiəçisi Robin Qosens Almaniyanın "Union Berlin"klubuna keçəçək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə italiyalı jurnalist Rudi Qaletti məlumat verib.
Mənbənin məlumatına görə, klublar 28 yaşlı almaniyalının transferinin bütün detallarını demək olar ki, razılaşdırıblar.
Qosensin alınması "Union Berlin"ə 15-20 milyon avroya başa gələcək.