Əsas məzmuna keç

İngiltərə millisinin heyətində dünya çempionu olmuş futbolçu vəfat edib

İngiltərə millisinin heyətində dünya çempionu olmuş futbolçu vəfat edib

bu barədə onun keçmiş klubu, İngiltərənin Çempionşip təmsilçisi "Stok Siti"nin mətbuat xidməti məlumat yayıb. Keçmiş futbolçu 1966-cı ildə dünya...

İngiltərə millisinin heyətində 1966-cı ildə dünya çempionu futbolçu Corc İsthem 88 yaşında vəfat edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə onun keçmiş klubu, İngiltərənin təmsilçisi "Stok "nin mətbuat xidməti məlumat yayıb.

Keçmiş futbolçu 1966-cı ildə dünya çempionluğunu qazanmış komandanın vəfat edən 19-cu üzvü olub. Hazırda həmin heyətdən cəmi üç futbolçu - İan Kallaqan, Terri Peyn və Ceff Hörst sağ qalıb.

Qeyd edək ki, C.İsthem karyerası ərzində "Arsenal", "Nyukasl" və "Stok Siti"də oynayıb. O, İngiltərə yığmasının heyətində 19 oyun keçirib və iki qolla yadda qalıb. 1966-cı ildə çempion olmuş komandanın heyətində yer alsa da həmin vaxt heç bir oyunda futbolçuya meydana çıxmaq şansı verilməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…