Əsas məzmuna keç

Acun Ilıcalının sahibi olduğu "Hall Siti" 10 ildən sonra Premyer Liqaya qayıtdı

Acun Ilıcalının sahibi olduğu "Hall Siti" 10 ildən sonra Premyer Liqaya qayıtdı

İngiltərə Çempionatının pley-off finalında "Midlsbro"nu minimal hesabla məğlub edən "Hall Siti" Premyer Liqaya vəsiqə qazanıb.

en ru

İngiltərə Çempionatının pley-off finalında "Hall " və "Midlsbro" komandaları qarşılaşıb. "Uembli" stadionunda təşkil olunan həlledici matçda Ilıcalının sahibi olduğu "Hall Siti" rəqibini 1:0 hesabı ilə məğlub edərək Premyer Liqaya yüksəlib.

Gərgin keçən qarşılaşmanın taleyini həll edən yeganə qol 90+5-ci dəqiqədə vurulub. Bu qələbə ilə "Hall Siti" 10 illik fasilədən sonra yenidən İngiltərə futbolunun elitasına qayıtmağı bacarıb.

Klubun bu uğuru həm də ciddi maliyyə gəliri deməkdir. İngiltərə mətbuatının məlumatına görə, Premyer Liqaya yüksəlmək "Hall Siti"yə təxminən 300 milyon avro gəlir qazandıracaq.

Oyun öncəsi hisslərini bölüşən Acun Ilıcalı qürurlu olduğunu bildirib: "Çox qürurluyam, çox xoşbəxtəm. Eyni anda bir neçə fərqli hiss keçirirəm. Amma ümumilikdə komandamızla fəxr edirəm. Möcüzəyə bir addım qaldı".

Xatırladaq ki, pley-off mərhələsi ərəfəsində "Sauthempton" klubu rəqib komandaların məşqlərini gizli lentə aldığı üçün İngiltərə Futbol Liqası tərəfindən turnirdən kənarlaşdırılmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…