Əsas məzmuna keç

“Qəbələ” Premyer Liqadakı yerini qoruyub

“Qəbələ” Premyer Liqadakı yerini qoruyub

Pley-off mərhələsinin həlledici qarşılaşmasında “Mingəçevir”i məğlub edən “Qəbələ” elitadakı mövqeyini saxlayıb.

en ru

Premyer Liqasında iştirak hüququ uğrunda pley-off görüşü baş tutub. Sumqayıtda yerləşən “ Polymer Arena”da keçirilən matçda “Qəbələ” və “Mingəçevir” komandaları qarşılaşıb.

Gərgin keçən mübarizə “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə “qırmızı-qaralar” Premyer Liqada qalmağı bacarıb. “Mingəçevir” klubu isə mübarizəni növbəti mövsüm də I Liqada davam etdirəcək.

Qeyd edək ki, komandalar bu mərhələyə aşağıdakı göstəricilərlə gəliblər:

  • “Qəbələ”: Premyer Liqada 11-ci yer;
  • “Mingəçevir”: I Liqada 2-ci yer.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…