Operativ Məlumat Mərkəzi

İngilis klubu Todibo üçün 40 milyon avro ödəməyə hazırdır

1 dəq
Paylaş:
İngilis klubu Todibo üçün 40 milyon avro ödəməyə hazırdır
"Vest Hem" Fransa millisinin oyunçusunun 40 milyon avroya keçidi barədə razılığa gəlib. Oyunçunun cümə günü tibbi müayinədən keçəcəyi gözlənilir. 2023/24...

"Vest Hem"in texniki direktoru Tim Şteydten müdafiəçi Jan-Kler Todibo ilə bağlı "Nitsa" klubu ilə danışıqlar aparmaq üçün Fransaya gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Vest Hem" Fransa millisinin oyunçusunun 40 milyon avroya keçidi barədə razılığa gəlib.

Oyunçunun cümə günü tibbi müayinədən keçəcəyi gözlənilir.

2023/24 mövsümündə Todibo "Nitsa"da 33 oyun keçirib və 3 asist edib.

"Transfermarkt" portalı oyunçunun dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər