Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ və Hindistan mühüm minerallar sahəsində əməkdaşlıq sazişi imzalayıb

2 dəq
Paylaş:
ABŞ və Hindistan mühüm minerallar sahəsində əməkdaşlıq sazişi imzalayıb

və ABŞ hökumətləri mühüm və nadir torpaq elementləri üzrə əməkdaşlığı nəzərdə tutan yeni saziş imzalayıblar. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Yeni Delhidə keçirilən imzalanma mərasimində ABŞ Marko Rubio və Hindistanın naziri Subrahmanyam Cayşankar iştirak ediblər.

Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar bildirib ki, imzalanan çərçivə sənədi mühüm mineralların hasilatı və emalı da daxil olmaqla, tədarük təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Nazirin sözlərinə görə, saziş aşağıdakı istiqamətləri əhatə edir:

  • Mədənçilik və emal prosesləri;
  • Təkrar emal texnologiyaları;
  • Əlaqəli investisiya layihələri;
  • Təchizat zəncirinin şaxələndirilməsi və resursların səmərəli idarə olunması.

katibi Marko Rubio isə öz növbəsində qeyd edib ki, hər iki ölkənin strateji maraqları innovasiya iqtisadiyyatı üçün kritik əhəmiyyət daşıyan resurslara etibarlı çıxışın təmin edilməsini tələb edir. Rubio vurğulayıb ki, dinamik inkişaf edən iqtisadiyyatlar əsas sənaye materialları baxımından tək bir mənbədən asılı qalmamalıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax