İmran Xan həbs ediləcək?

İmran Xan həbs ediləcək?
08.03.2023 10:23
Aa
dəq

İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Naminə Hərəkat partiyasının sədri İmran Xanın Böyükşəhər Dairə Məhkəməsi tərəfindən verilən həbs qərarını ləğv edib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, Ali Məhkəmənin hökmünə əsasən, Xan 2023-cü il martın 13-də rayon məhkəməsinə gəlməlidir.

Bundan öncə eks-baş nazir İslamabad rayon məhkəməsinin xarici hədiyyələrin satılması ilə bağlı keçirilən iclasda növbəti dəfə iştirak etməyib. Onun vəkilləri Xanın səhhətinin pis olması və 2022-ci ilin noyabrında ona qarşı sui-qəsd nəticəsində aldığı zədələr səbəbindən məhkəməyə gəlməkdən çəkindiyini bildiriblər.

Həftənin ən çox oxunanları