Yazıçı Marianne Williamson paytaxt Vaşinqtondakı çıxışında 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri üçün Demokratlar Partiyasından rəsmən namizədliyini irəli sürdüyünü açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 70 yaşlı amerikalı yazıçı Marianne Williamson 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini rəsmən açıqlayıb.
Ölkənin hazırda bir çox çətinliklərlə mübarizə apardığını deyən Uilyamson Vaşinqtondakı mövcud iqtisadi nizamı, səhiyyə sistemini və mövcud status-kvonu tənqid edib.
“Mən hiss edirəm ki, son 40 il ərzində minlərlə insanın travmaları ilə məşğul olmaq mənə Amerikanın bərpasına kömək etmək üçün nəyin lazım olduğuna dair unikal perspektiv qazandırıb”- deyə, Uilyamson qeyd edib.
O bildirib ki, ABŞ-ın dəyərlərdən və doğru yoldan uzaqlaşdığı mərhələni bağlamaq və yeni bir başlanğıc etmək üçün prezidentliyə namizəddir.
“Kölgə effekti”, “Sevgiyə qayıdış”, “Dəyişiklik”, “Möcüzələr ili” kimi ən çox satılan kitabların müəllifi olan Uilyamson 2020-ci il prezident seçkilərində də namizəd olub. “Sevgi siyasəti” yürütdüyünü deyən Uilyamson seçki kampaniyası zamanı ianələrlə bağlı problemlər və kifayət qədər dəstək ala bilmədiyi üçün ilkin seçkilər öncəsi yarışdan geri çəkilib.
Uilyamson Demokratlar Partiyasından namizədliyini rəsmi olaraq elan edən ilk şəxs oldu. Demokratlar Partiyasından olan prezident Co Bayden seçkidə "namizəd olmaq niyyətində olduğunu" deyib, lakin hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, partiyalar özünün daxilində də prezidentliyə namizədlər seçki ilə müəyyən olunur. Bir neçə namizəd arasından daha çox səs toplayan namizəd sonda partiyanın ümumi namizədi olur.