Əsas məzmuna keç

İlk uçan avtomobil sınaqdan keçirildi

İlk uçan avtomobil sınaqdan keçirildi

Uçan maşında dron texnologiyasından istifadə edilib. Sınaqlar zamanı iki nəfərlik kabinəli kvadrokopterə bənzəyən qurğu 30 m hündürlüyə qalxıb və dəniz...

Yaponiyada, ölkənin cənub-qərbində yerləşən Oita prefekturasında iki sərnişin üçün nəzərdə avtomobilin ilk sınaqları keçirilib.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki,Uçan maşında texnologiyasından istifadə edilib.

Sınaqlar zamanı iki nəfərlik kabinəli kvadrokopterə bənzəyən qurğu 30 m hündürlüyə qalxıb və dəniz üzərində dairəvi trayektoriya ilə hərəkət edərək 3 dəqiqə ərzində 431 m məsafə qət edib. Uçuş sürəti 36 km/saat olub.

Avtomobili hazırlayan texnologiya şirkəti “Masc”ın rəhbəri Kirino Hiroşi bildirib ki, növbəti sınaqlar uğurlu olarsa, o, uçan avtomobilləri kommersiya satışına çıxarmağı planlaşdırır. Onun sözlərinə görə, bu ehtimal ildən-ilə artır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…