Operativ Məlumat Mərkəzi

İlisu və Acınohur istiqamətlərində yeni milli parkın yaradılması nəzərdə tutulur

1 dəq
Paylaş:
İlisu və Acınohur istiqamətlərində yeni milli parkın yaradılması nəzərdə tutulur

Şimal bölgəsində, İlisu, Acınohur istiqamətlərində yeni milli parkın yaradılması nəzərdə tutulur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Ekspert saatı"nda deyib.

O bildirib ki, artıq bu istiqamətdə işlər görülür:

"Ərazinin seçilməsi təsadüfi deyil. İstəyir səhra-yarımsəhra, istərsə dağlıq əraziyə doğru relyef dəyişir. Bu flora və faunaya təsir göstərir. Elmi tədqiqat məsələləri yekunlaşdıqdan sonra milli park yaratmaq fikrimiz var. Həmçinin bəzi qoruqlara da milli park statusunun verilməsinə dair də planlar var".

Bu xəbəri paylaş

Oxşar xəbərlər