Əsas məzmuna keç

İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü oldu

İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü oldu

Bişkekdə keçirilən mühüm tədbirdə liderlər strateji tərəfdaşlıq və regional sülhün perspektivlərini müzakirə etdilər. Qardaş ölkələr arasında yeni razılıqlar.

en ru

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Respublikasının Prezidenti İlham Əliyevin Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı vurğulanaraq, bütün istiqamətlər üzrə əlaqələrin daha da genişlənməsindən məmnunluq ifadə olundu.

Ölkələrimizin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq həm xoş, həm də çətin günlərdə daim bir-birinin yanında olduğu xüsusi qeyd edildi.

Görüşdə regional sülhün və sabitliyin daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Dövlət başçıları müttəfiqlik əlaqələrimizin perspektivlərini, regional gündəmi və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə etdilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…