Hələ 2022-ci ildə Aşqabadda keçirilən altıncı Xəzər sammitində dənizin dayazlaşması kontekstində dayazlaşmanın səbəblərini aşkar etmək və dəniz səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq üçün tədbirlərin görülməsi məqsədilə xüsusi ekspert qruplarının yaradılmasını təklif etmişdim. Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən Xəzər Ekoloji Sammitində çıxışı zamanı bildirib.