Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İlham Əliyev Vladimir Putini təbrik edib

2 dəq
Paylaş:
İlham Əliyev Vladimir Putini təbrik edib

İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini Günü münasibətilə təbrik edib.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, təbrikdə deyilir:

" xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin simanızda bütün rusiyalıları dövlət bayramı – Rusiya Günü münasibətilə səmimi-qəlbdən təbrik .

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər xalqlarımızı əsrlər boyu birləşdirən dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. İkitərəfli iqtisadi-ticari qarşılıqlı fəaliyyətin fəal şəkildə inkişaf etməsini, regionlararası və mədəni-humanitar əlaqələrin genişlənməsini məmnunluqla qeyd edirəm.

Əminəm ki, birgə səylərimiz dost ölkələrimizin və xalqlarımızın rifahı naminə Azərbaycan-Rusiya münasibətlərinin, strateji tərəfdaşlıq və müttəfiqlik məcrasında çoxplanlı əməkdaşlığın bundan sonra da inkişafına və möhkəmlənməsinə kömək edəcək.

Hörmətli Vladimir Vladimiroviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və uğurlar, Rusiyanın bütün vətəndaşlarına isə əmin-amanlıq və tərəqqi arzulayıram".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax