Əsas məzmuna keç

İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar

İlham Əliyev və Ramzan Kadırov "Bakı Ağ Şəhər"də olublar

Prezident İlham Əliyev və Çeçenistan rəhbəri Ramzan Kadırov paytaxtın müasir memarlıq incisi olan "Bakı Ağ Şəhər" layihəsində görülən işlərlə tanış olublar.

en ru

Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Respublikasının başçısı oktyabrın 10-da "Bakı Ağ Şəhər"də olublar.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

"Bakı Ağ Şəhər" layihəsinin icraçı direktoru Ruslan Sadıxov Rusiyanın Çeçenistan Respublikasının başçısına burada yaradılmış şərait barədə məlumat verdi.

Qeyd olundu ki, bura əvvəllər "Qara şəhər" kimi tanınıb. 150 ildən çox müddətdə neft sənayesi tullantıları ilə çirklənmiş və vaxtilə çoxsaylı neft gölməçələrinin olduğu bu ərazidə Azərbaycan Prezidentinin təşəbbüsü ilə dünya miqyasında nadir ekoloji layihə icra olunaraq, müasir yaşayış massivi yaradılıb.

Dünyada müasir şəhərsalma konsepsiyanın ən parlaq nümunələrindən biri olan "Bakı Ağ Şəhər" layihəsinin icrasına İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2011-ci il dekabrın 24-də başlanılıb.

Layihə ekoloji cəhətdən təmiz, dayanıqlı və "ağıllı şəhər" prinsipləri əsasında hazırlanıb. "Bakı Ağ Şəhər"də geniş daxili küçələr, yaşıllıq sahələri, müasir beynəlxalq heykəltaraşlıq nümunələri yaradılıb və şəhərsalmanın ən son yenilikləri tətbiq olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…