Əsas məzmuna keç

İlham Əliyev Türküstanın mədəni məkanlarını ziyarət etdi

İlham Əliyev Türküstanın mədəni məkanlarını ziyarət etdi

Qazaxıstanın mənəvi mərkəzində Türk dövlətlərinin liderləri tarixi abidələri ziyarət ediblər. Dövlət başçılarının gəzintisindən ən maraqlı məqamlar və fotolar.

en ru

Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlərlə birlikdə Türküstan şəhərindəki "Həzrət Sultan" Muzey-Qoruğu ilə tanış olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, dövlət başçılarına qoruq haqqında məlumat verilib.

Bildirilib ki, "Həzrət Sultan" Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu 1989-cu ildə yaradılıb. Muzeydəki "Nadir Eksponatlar Zalı" Qazaxıstanın ən əhəmiyyətli muzey və sərgi layihələrindən biridir. Məqsəd orta əsrlər dövrünün nadir tarixi və mədəni irsini qorumaq və təbliğ etməkdir. Muzeydə Türküstanın zəngin tarixi, Türk dünyasının irsi və Xoca Yasəvi məqbərəsinə aid nadir artefaktlar nümayiş olunur. Hazırda muzey-qoruğun kolleksiyasında 26 mindən çox eksponat var ki, onların da təxminən 80 faizi artefaktdır.

Sonra Türküstanda Xoca Əhməd Yasəvi məqbərəsi ilə tanışlıq olub. Bura Mərkəzi Asiyanın ən böyük İslam memarlığı abidələrindən biridir və Qazaxıstanın mənəvi rəmzi kimi qəbul edilir. Məqbərə XIV əsrin sonunda görkəmli sufi şair, mütəfəkkir Əhməd Yasəvinin dəfn olunduğu yerdə Əmir Teymurun göstərişi ilə inşa olunub. Vahid memarlıq dizaynına malik bu kompleksdə 35-dən çox müxtəlif təyinatlı otaq yerləşir. Nadir artefaktların saxlanıldığı məqbərə İslam dünyasının mənəvi və mədəni mərkəzlərindən biri hesab olunur.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…