Əsas məzmuna keç

İlham Əliyev Lukaşenkonu təbrik etdi

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Azərbaycan Prezidenti Belarus dövlət başçısı Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə olunub.

en ru

İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenkoya ünvanlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli Aleksandr .

Dövlət bayramı - Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

ilə Belarus arasında münasibətlər yüksə səviyyədə qarşılıqlı anlaşma, sıx qarşılıqlı fəaliyyət ilə xarakterizə olunur. Xalqlarımız arasında möhkəm dostluq və qarşılıqlı dəstək ənənələri, həmçinin yüksək səviyyədə razılaşmaların uğurla həyata keçirilməsi dövlətlərarası əlaqələrimizi keyfiyyətli məzmunla zənginləşdirir və istiqamətlərin bütün spektri üzrə ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə kömək edir.

Əminəm ki, birgə səylərlə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında çoxplanlı qarşılıqlı fəaliyyət və strateji dost xalqlarımızın və ölkələrimizin rifahı naminə gələcəkdə də ardıcıl olaraq genişlənəcək və dərinləşəcəkdir.

Hörmətli Aleksandr Qriqoryeviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar, dost Belarus xalqına isə əmin-amanlıq və tərəqqi arzulayıram".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…