Laos prezidentinin Azərbaycana bu səfərindən sonra ikitərəfli əməkdaşlıq yeni səviyyəyə çıxacaq.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Laos prezidenti Thonqlun Sisulitlə mətbuat üçün birgə bəyanatla çıxış edərkən bildirib.
"Bu gün sizimlə həm təkbətək, həm də geniş tərkibli görüşlərdə bir çox önəmli məsələlər müzakirə edilib, konkret addımlar müəyyən edilib. Və bu gün qəbul edilib ki, bəyannamə əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətləri müəyyən olunur", - Azərbaycan Prezidenti deyib.