Əsas məzmuna keç

İlham Əliyev İslam İnkişaf Bankının nümayəndə heyətini qəbul etdi

İlham Əliyev İslam İnkişaf Bankının nümayəndə heyətini qəbul etdi

Bakıda Məhəmməd Əl-Casir ilə iqtisadi tərəfdaşlıq və birgə investisiya layihələri müzakirə edilib. Strateji əməkdaşlığın yeni perspektivləri və mühüm detalları burada.

en ru

Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da İslam İnkişaf Qrupunun sədri Əl-Casirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Məhəmməd Əl-Casirlə görüşləri məmnunluqla xatırlandı, onun ölkəmizə səfərlərinin tərəfdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirildi.

Azərbaycanla İslam İnkişaf Bankı arasında uzun illərdir səmərəli əməkdaşlığın qurulduğu vurğulandı.

Bankın ölkəmizdə iqtisadiyyatın müxtəlif istiqamətlərində, həmçinin enerji, o cümlədən yaşıl enerji, kənd təsərrüfatı, su və irriqasiya sistemləri, infrastruktur və sosial sahələrdə bir sıra layihələr həyata keçirdiyi qeyd edildi. Bu xüsusda vurğulandı ki, 20-yə yaxın dövlət və özəl layihənin icrası üçün bank tərəfindən 1,2 milyard dollarından çox vəsait ayrılıb.

Görüşdə bankın bu ilin iyununda Bakıda keçiriləcək İllik toplantılarına hazırlıq məsələləri müzakirə olundu.

Qonaq Ələt İqtisadi Zonası ilə tanış olacağını, həmçinin Qarabağa səfər edəcəyini bildirdi.

Söhbət zamanı ölkəmizlə bank arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…