İlham Əliyev: "Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır"

İlham Əliyev: "Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır"
21.11.2023 10:20
Aa
dəq

Fransa Beynəlxalq Ədalət Məhkəməsinin Sakit Okeanda keçirdiyi nüvə sınaqları ilə bağlı qərarlarını yerinə yetirməli, başqa dövlətlərə dərs keçmək praktikasına son qoymalıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə noyabrın 21-də Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən konfransın iştirakçılarına ünvanladığı müraciətində yer alıb.

"Biz Fransada neokolonializm meylləri ilə paralel olaraq irqçilik, ksenofobiya və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik. Bu cür narahatedici və təhlükəli meyllərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti daxilindəki ciddi problemlərə diqqət ayırmalıdır. Fransa qoşunlarının bu yaxınlarda Mali, Niger və Burkina-Fasodan qovulması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Qanlı cinayətlərlə zəngin kolonializm tarixinə görə utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə, digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır", - dövlət başçısı qeyd edib.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu