Operativ Məlumat Mərkəzi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

1 dəq
Paylaş:
İlham Əliyev Ərdoğana başsağlığı verdi
başsağlığında deyilir: "Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri...

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Kartalkaya dağ-xizək mərkəzinin otelində baş verən yanğında çoxsaylı insan ölümü ilə başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, başsağlığında deyilir:

"Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!".

Bu xəbəri paylaş

Oxşar xəbərlər