Əsas məzmuna keç

İlham Əliyev bolqarıstanlı həmkarı ilə görüşüb

İlham Əliyev bolqarıstanlı həmkarı ilə görüşüb

ali qonaq bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə görüşünü və görüş əsnasında aparılmış müzakirələri...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Mayın 17-də Respublikasının Prezidenti İlham Əliyev Respublikasının Prezidenti İliyana Yotova ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ali qonaq bu ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ilə görüşünü və görüş əsnasında aparılmış müzakirələri məmnunluqla xatırladı.

Bolqarıstan Prezidenti hazırda dünyada müharibələrin və münaqişələrin olduğu bir şəraitdə aktual mövzuya həsr olunmuş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsini böyük hadisə kimi qiymətləndirildi. Vurğuladı ki, Bolqarıstan bu tədbirdə , eyni zamanda, bu ölkənin 10-dan artıq müxtəlif bələdiyyələrinin rəhbərləri, həmçinin Şuşa şəhəri ilə qardaşlaşmış Veliko Tırnovo şəhərinin meri səviyyəsində təmsil olunur.

Qonaq Ümumdünya Şəhərsalma Forumunun sessiyasının dünyada bu sahə ilə bağlı aktual mövzuların müzakirə edildiyi mühüm platforma olduğunu deyərək, tədbirin ölkəmizdə təşkil edilməsi münasibətilə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Prezident İliyana Yotova Azərbaycanla Bolqarıstan arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı, bu xüsusda "Həmrəylik Halqası" layihəsinin önəmini qeyd etdi. Mədəni və humanitar əlaqələrə toxunan Bolqarıstan Prezidenti Azərbaycanda bolqar dilinin tədrisini yüksək qiymətləndirdi. O, həmçinin Fondunun Bolqarıstanda həyata keçirdiyi humanitar layihələri, Veliko Tırnovo ilə Şuşa şəhərinin qardaşlaşmasını və bu xüsusda orada Şuşa parkının salındığını qeyd etdi.

İliyana Yotova Heydər Əliyev Fondunun Bolqarıstanda "Trapezitsa" Memarlıq Muzeyi Qoruğunun bərpasına göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirdi.

Söhbət zaman ölkələrimiz arasında səmərəli əməkdaşlığın qarşılıqlı hörmət və etimad əsasında möhkəmləndiyi vurğulandı, enerji, həmçinin elektrik enerjisinin ixracı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əlaqələrin perspektivləri müzakirə olundu.

Azərbaycanla Bolqarıstanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına toxunuldu.

Dövlət başçıları ikitərəfli gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi apardılar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…