Operativ Məlumat Mərkəzi

İlham Əliyev Azərbaycan tarixinə Qarabağ zəfərini yazdı - RƏY

3 dəq
Paylaş:
İlham Əliyev Azərbaycan tarixinə Qarabağ zəfərini yazdı - RƏY
{"az":"Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası...","en":"","ru":""}

Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulub. Belə mühüm günlərdən biri də oktyabrın 15-nə təsadüf edir. Bu gün İlham Əliyevin 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür.

Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni Prezident seçdi. O xalqa ilk müraciətində “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” – demişdi. Bu gün həmin ifadənin həqiqətə çevrildiyi tarixə şahidlik etmək hər bir azərbaycanlıya yalnız qürur hissləri yaşadır.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa bildirib ki, bu 21 illik dövrü biz əslində bütün parametrlərlə təhlil edə bilərik. İlham Əliyevin hakimiyyəti 21 il iqtidarda olduğu dönəmin bir şah əsəri önə çəkilməlidir ki, bu da Qarabağın azad olunmasıdır.

Azərbaycan ordu quruculuğunda, dövlətin iqtisadi gücünün möhkəmlənməsində tərəqqi etdiyini, dünyada etibarının artmasında böyük işlər görüldüyünü vurğulayan millət vəkili qeyd edib ki, ancaq ortada olan böyük nəticə var ki, bu da Qarabağın azadlığıdır. Azərbaycanın gələcəyi ilə bağlı görülən işlərin fundamenti də məhz Qarabağın azadlığı ilə paralel şəkildə düşünülür.

“Azərbaycan tarixinə heç kimin yaza bilməyəcəyi bir dəyəri, heç kimin əldə edə bilməyəcəyi uğuru İlham Əliyev Qarabağ zəfəri ilə əldə etdi. Məhz buna görə də, biz bunun qiymətini, dəyərini bilməliyik. İlham Əliyevin ölkənin gələcəyində 21 ilin nə qədər möhtəşəm işlərə vəsilə olduğunu dərk etməliyik”, - deyə Fazil Mustafa bildirib.

Aminə Nəzərova

Presidential candidate Fazil Mustafa uses his right to vote

Bu xəbəri paylaş

Oxşar xəbərlər