Operativ Məlumat Mərkəzi

İki İspaniya nəhəngi PSJ-nin futbolçusunu istəyir

1 dəq
Paylaş:
İki İspaniya nəhəngi PSJ-nin futbolçusunu istəyir

PSJ-nin yarımmüdafiəçisi Danilo Pereyra Avropanın iki aparıcı klubunun maraq dairəsindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı portuqaliyalı oyunçunu “Barselona” və “Atletiko Madrid” klubları heyətinə qatmaq istəyir.

Danilo 2021-ci ilin yayından Paris nəhənginin oyunçusudur.

Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyunun sonunda başa çatır.

"Transfermarkt" təcrübəli yarımmüdafiəçinin bazar dəyərini 8 milyon avro qiymətləndirir.

Ötən mövsüm Fransa çempionatında yarımmüdafiəçi 26 matçda iştirak edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər