İğdır-Naxçıvan boru kəmərinin tikintisinə yaxın müddətdə başlanılacaq

İğdır-Naxçıvan boru kəmərinin tikintisinə yaxın müddətdə başlanılacaq
30.03.2023 13:41
Aa
dəq

Macarıstanda Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin toplantısı çərçivəsində energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməzlə görüşüb.

Energetika Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Nazir Türkiyədə baş vermiş faciədən kədərləndiyini və Azərbaycanın qardaş ölkənin hər zaman yanında olduğunu bildirib.

Görüşdə Türkiyə üzərindən qaz tranziti, Cənub Qaz Dəhlizinin genişləndirilməsi çərçivəsində TANAP-ın ötürücülük gücünün artırılması, SOCAR və BOTAŞ, TPAO arasında karbohidrogen yataqlarının kəşfiyyatı və hasilat sahəsində yeni əməkdaşlıq imkanları, İğdır-Naxçıvan boru kəməri layihəsinin icrası ilə bağlı məsələlər müzakirə edilib. Yaxın müddətdə kəmərin Türkiyədən keçən hissəsinin tikintisinə başlanılacağı bildirilib.

Həmçinin Naxçıvanda investorlarla həyata keçiriləcək böyük həcmli külək və günəş enerjisi layihələrindən bəhs edilib. Bu enerjinin böyük bir qisminin Türkiyəyə ixracı, eləcə də bu ölkə vasitəsilə "yaşıl enerji" Avropaya tədarükü istiqamətində atılacaq addımlar nəzərdən keçirilib. Yeni əməkdaşlıq imkanlarının reallaşdırılması üçün iki ölkə arasında enerji sahəsində müvafiq sənədin imzalanmasının vacibliyi qeyd edilib.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu