Operativ Məlumat Mərkəzi

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün yeni güzəştlər müəyyənləşib

2 dəq
Paylaş:
İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün yeni güzəştlər müəyyənləşib

İctimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərində 2026-cı ilin 1 yanvarından 3 il müddətinə ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə əlavə dəyər vergisi (ƏDV) hesablanarkən onların nağdsız dövriyyəsinin 50%-i ƏDV tutulan ümumi dövriyyədən çıxılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2026-cü il yanvarın 1-dən 3 il müddətinə onların vergi tutulan ümumi dövriyyəsindən çıxılacaq.

Ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər də vergidən azad olacaq

Bu xəbəri paylaş

Oxşar xəbərlər