Əsas məzmuna keç

İcma: Ermənistan hakimiyyəti cəmiyyəti sülhə hazırlamaq əvəzinə, qəbuledilməz bəyanatlar verir

İcma: Ermənistan hakimiyyəti cəmiyyəti sülhə hazırlamaq əvəzinə, qəbuledilməz bəyanatlar verir

bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.Bəyanata görə, baş verənlər bir daha onu göstərir ki, erməni xalqı sülhə hazır deyil:"Ermənistan...

en ru

Azərbaycanda akkreditə olunmuş xarici diplomatların Qarabağa və Şərqi Zəngəzura səfəri ətrafında Ermənistanda isteriya davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İcması bəyanat yayıb.

Bəyanata görə, baş verənlər bir daha onu göstərir ki, erməni xalqı sülhə hazır deyil:

" hakimiyyəti cəmiyyəti sülhə hazırlamaq, "Real Ermənistan" konsepsiyasını təlqin etmək əvəzinə, özü prosesləri istiqamətləndirir və verir.

Ermənistanın Azərbaycanın suveren ərazilərində qədim xalqına məxsus mədəni irsə iddia etməsi və bu ölkənin baş nazirinin Gəncəsər məbədinin guya erməni mənşəli olması ilə bağlı açıqlaması qəbuledilməzdir.

Erməni cəmiyyəti başqa xalqların torpaqlarına və mədəniyyətinə göz dikməkdən əl çəkməli, yalançı tarixin girovu olmaqdan xilas olmalıdır. Əgər Ermənistanı həqiqətən mədəni irsin qorunması qayğılandırırsa, onda Azərbaycan xalqına məxsus məscidlərin, tarixi abidələrin və qəbiristanlıqların dağıdılmasına, eləcə də İrəvandakı Göy məscidin işğal dövründə Şuşadakı Yuxarı Gövhər Ağa məscidi kimi "bərpa edilərək" başqa xalqın adına çıxarılması kimi əməllərə son qoymalıdır".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…