Husilər iyulun 19-na keçən gecə yeni "Jaffa" PUA-dan istifadə edərək Təl-Əvivə hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu şiə hərəkatının hərbi nümayəndəsi Yəhya Səriya deyib.
"Jaffa" pilotsuz uçuş aparatının düşmənin hava hücumundan müdafiə sistemlərindən yan keçmə qabiliyyətinə malik olduğu açıqlanıb.
Onun sözlərinə görə, “vacib obyektlərdən birinin” vurulmasını əhatə edən “hərbi əməliyyat” həyata keçirilib.
Bundan əlavə, şiə hərəkatı Təl-Əvivin Husilər üçün silah sırası daxilində “əsas hədəfə” çevriləcəyi ilə hədələyib.
İsrail mətbuatında yer alan son xəbərlərə görə, Tel-Əvivdə gecə saatlarında baş verən partlayış nəticəsində 7 nəfər yaralanıb. Daha bir nəfər isə həyati təhlükəsi olmayan xəsarətlər alıb.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Təl-Əvivdəki partlayışa səbəb kimi “hava hədəfi”nin qəzaya uğraması olduğunu bildirib.
Yəmən husiləri daha sonra hücuma görə məsuliyyəti öz üzərinə götürüb və hücumun təfərrüatlarını daha sonra açıqlayacaqlarına söz veriblər.