Əsas məzmuna keç

Hörmüz Boğazı üçün ödəniş planı: ABŞ və İran arasında gərginlik

Hörmüz Boğazı üçün ödəniş planı: ABŞ və İran arasında gərginlik

Dünya neft və qaz tədarükünün 20 faizinin keçdiyi Hürmüz Boğazında gəmilərdən rüsum alınması təklifi beynəlxalq müstəvidə ciddi müzakirələrə səbəb olub.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Ötən ay imzalanan qarşılıqlı anlaşma memorandumu çərçivəsində və İran arasında Boğazından gəmilərin 60 gün müddətində təhlükəsiz və maneəsiz keçidini təmin etmək barədə razılıq əldə olunub. Razılaşmanın müddətinin başa çatmasından sonra isə su yolunun gələcək idarəetmə mexanizminin müəyyənləşdirilməsi üçün İran, Oman və digər Fars körfəzi ölkələri arasında yeni danışıqların aparılması nəzərdə tutulur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Oman Xarici İşlər naziri Seyid Bədr bin Həməd Əl-Busaidi məsələyə münasibət bildirərək gəmilərdən məcburi keçid haqqı alınmasının tərəfdarı olmadıqlarını açıqlayıb.

Məlumata görə, nazir bildirib ki, Malakka və Sinqapur boğazlarında tətbiq edilən modellərə bənzər şəkildə yalnız su yolunun texniki baxımı üçün gəmiçilik şirkətlərindən könüllü ödənişlərin toplanması müzakirə oluna bilər. Danışıqlara yaxın mənbələrin məlumatına əsasən, bu təklif ABŞ tərəfinə çatdırılıb, lakin hələlik rəsmi sənəd təqdim edilməyib.

Bildirilir ki, ABŞ rəsmiləri məcburi ödəniş ideyasına kəskin etiraz ediblər. Ağ Evin sözçüsü Anna Kelli Trampın Hürmüz Boğazının beynəlxalq su yolu olduğunu və heç bir ölkənin burada rüsum tətbiq edə bilməyəcəyini vurğuladığını bildirib. ABŞ Marko Rubio da beynəlxalq hüquqa əsaslanaraq, beynəlxalq sulardan keçidə görə vergi və ya ödəniş tələb edilməsinin qəbulolunmaz olduğunu qeyd edib.

Məlumata əsasən, İran tərəfi isə ödənişlərin tətbiqi ideyasında israrlı mövqe sərgiləyir və gələcək mərhələdə ABŞ-nin bu modelin müəyyən versiyasını qəbul edə biləcəyinə ümid edir. Orta Şərq diplomatik mənbələrindən birinin bildirdiyinə görə, toplanacaq vəsaitlərin Beynəlxalq Dənizçilik Təşkilatı ilə koordinasiya şəklində idarə olunması, eləcə də ekoloji risklərin azaldılması, xilasetmə əməliyyatları və texniki xidmətlər üçün istifadə edilməsi təklif olunur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…

Salam! Mən OMM Bot. Bu gün nə baş verdiyini qısa deyim?