Hüquqi şəxs məsuliyyətə cəlb EDİLDİ

Hüquqi şəxs məsuliyyətə cəlb EDİLDİ
31.07.2024 16:21
Aa
dəq

Vətəndaşların əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib.

Astara rayon prokurorluğundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, “Maricel” restoranı adı ilə fəaliyyət göstərən “Okhatan” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş məlumat əsasında Astara rayon prokurorluğunda araşdırma aparılıb:

"Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 4 şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib"- deyə məlumatda qeyd edilib.

Bildirilib ki, eyni zamanda Cəmiyyətin direktoru Samir Əlizadə barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial müdafiəsi Nazirlyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara Regional Şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 4 min manat məbləğində inzibati cərimə edilib.

Həftənin ən çox oxunanları

Yerə asteroid yaxınlaşır

Yerə asteroid yaxınlaşır
DAVAMIN OXU davamın oxu

Milyonluq dövriyyəsi olan kibercinayətkar şəbəkə ifşa edilib - VİDEO

Milyonluq dövriyyəsi olan kibercinayətkar şəbəkə ifşa edilib - VİDEO
DAVAMIN OXU davamın oxu

Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb

Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu