Hulusi Akar: “Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inanırıq”

Hulusi Akar: “Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inanırıq”
29.01.2024 14:13
Aa
dəq

Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akar Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inandığını deyib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in “Baku TV”yə istinadən verdiyi məlumata görə, o bildirib ki, Zəngəzur dəhlizi təkcə Türkiyə üçün deyil, bütün bölgə üçün çox önəmlidir: “Bir sözlə, Azərbaycan, Ermənistan, Türkiyə, İran və həmçinin Rusiya üçün də önəmlidir. Çünki bu dəhlizdən bütün ölkələr istifadə edəcəklər. Bu dəhlizdən istifadə sosial-iqtisadi, turizm baxımından ciddi inkişafa gətirib çıxaracaq. Eyni zamanda kommunikasiya, gediş-gəlişin təmin edilməsi baxımından faydalı olacaq”.

H.Akar vurğulayıb ki, bu baxımdan Türkiyə olaraq tərəflərin razılaşması ilə işlərin tamamlanmasını gözləyirik və bunun gerçəkləşəcəyinə inanırıq.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu