HP: Naxçıvan Səhiyyə Nazirliyi, AMEA və Bulvar İdarəsi tövsiyələri nəzərə almayıb

HP: Naxçıvan Səhiyyə Nazirliyi, AMEA və Bulvar İdarəsi tövsiyələri nəzərə almayıb
15.04.2025 11:09
Aa
dəq

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi və Dənizkənarı Bulvar İdarəsi Hesablama Palatasının tövsiyələrini nəzərə almayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında əksini tapıb.

Qeyd edilib ki, Hesablama Palatasının tövsiyələrinin audit obyektlərinə töhfəsi aşağıdakı kimi olub:

Töhfəsi məqbul olmuş:

- AR Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə edilməsi Agentliyi (dövlət borcu);

- AR Dövlət Neft Fondu;

- AR Milli Məclisi.

Töhfəsi qismən olmuş

-Bakı Dövlət Universiteti

-“AR Kosmik Agentliyi” PHŞ

-“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

-“Bakı Metropoliteni” QSC

-“Azərişıq” ASC

-Azərbaycan Dövlət İqtisad Universiteti

-AR Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsi

-Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

-AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti

-AR Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi

-AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu

-AR Minatəmizləmə Agentliyi

-AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyi

-AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

-Bakı Şəhər Halqası Əməliyyat Şirkəti

-AR İpoteka və Kredit Zəmanət Fondu

-AR Gənclər və İdman Nazirliyi

Töhfəsi qeyri-məqbul olmuş:

- Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi,

- Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi

- Dənizkənarı Bulvar İdarəsi.

Həftənin ən çox oxunanları