Əsas məzmuna keç

Hollandiya kəşfiyyat xidmətlərinə haker hücumu oldu

Hollandiya kəşfiyyat xidmətlərinə haker hücumu oldu

bu barədə Niderlandın Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti (MIVD) məlumat yayıb. “Hədəf böyük telekommunikasiya provayderləri deyil, daha kiçik...

Hollandiya provayderləri hakerlər ''Salt '' tərəfindən kiberhücuma məruz qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Niderlandın Hərbi və Təhlükəsizlik Xidməti (MIVD) məlumat yayıb.

“Hədəf böyük telekommunikasiya provayderləri deyil, daha kiçik internet və hostinq provayderləri idi”, - deyə məlumatda bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, çinli hakerlər cinayət əməlləri nəticəsində bu provayderlərə məxsus marşrutlaşdırıcılara giriş əldə ediblər. Lakin hakerlər provayderlərin daxili şəbəkələrinə nüfuz edə bilməyiblər və şəxsi məlumatları oğurlaya bilməyiblər.

Kəşfiyyat agentliyi əlavə edib ki, hücum mülki telekommunikasiya sektorunu hədəf alan “çox böyük kibercasusluq kampaniyasının bir hissəsidir”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…