Operativ Məlumat Mərkəzi

Hindistanda yol qəzasında azı 22 nəfər ölüb

1 dəq
Paylaş:
Hindistanda yol qəzasında azı 22 nəfər ölüb
bu barədə yerli administrasiyanın nümayəndəsi Raciv Aqraval bildirib. Qeyd edilib ki, onları daşıyan traktorun yol kənarındakı gölməçəyə aşması...

Hindistanın Uttarkxand ştatında baş verən yol qəzasında 8-i uşaq olmaqla azı 22 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" “Hindustan Times”a istinadən xəbər verir ki, bu barədə yerli administrasiyanın nümayəndəsi Raciv Aqraval bildirib.

Qeyd edilib ki, onları daşıyan traktorun yol kənarındakı gölməçəyə aşması nəticəsində həlak olublar.

"Hazırkı məlumatlara görə, 22 nəfər ölüb, 5 nəfər yerli xəstəxanalardadır. Təxminən 10 nəfər yaralanıb", - Aqraval jurnalistlərə bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər