Hindistanda yayılan virusdan ilk ölüm qeydə alınıb

Hindistanda yayılan virusdan ilk ölüm qeydə alınıb
11.03.2023 15:18
Aa
dəq

Hindistanda iki nəfərin ölümünə səbəb olan "H3N2" virusu ilə əlaqədar ölkədə ilk ölüm qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" Hindistan NDTV-ə istinadən xəbər verir ki, səhiyyə rəsmiləri Karnataka əyalətində 82 yaşlı kişinin qripə səbəb olan "H3N2" qrip virusu səbəbiylə fevralın 24-də aparıldığı xəstəxanada martın 1-də dünyasını dəyişdiyini bildirib.

Səlahiyyətlilər diabet və hipertoniya kimi səhhətində problemləri olan bu şəxsin ölkədə "H3N2"dən ilk həyat itkisi olduğunu bildirib.

Yanvar ayında Haryana əyalətində "H3N2" diaqnozu qoyulan 56 yaşlı xərçəng xəstəsinin martın 8-də evində öldüyünü qeyd edən səlahiyyətlilər, bu şəxsin ağciyər xərçəngi olduğunu bildirib.

Rəsmilər ölkədə 90-a yaxın insanda "H3N2" virusuna yoluxduğunu açıqlayıb və ayın sonuna doğru yoluxma sayının azalacağını gözlədiklərini qeyd ediblər.

Həftənin ən çox oxunanları