Operativ Məlumat Mərkəzi

Hindistan donanması dəniz quldurları tərəfindən əsir götürülən ekipajı xilas edib

1 dəq
Paylaş:
Hindistan donanması dəniz quldurları tərəfindən əsir götürülən ekipajı xilas edib

Hindistan Hərbi Dəniz Qüvvələri Ərəb dənizində dəniz quldurları tərəfindən əsir götürülən İran bayraqlı balıqçı gəmisini və 23 pakistanlı ekipaj üzvünü xilas etdiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Dəniz Qüvvələrinin "X" sosial media platformasında verdiyi açıqlamada xilasetmə əməliyyatı və xilas edilən balıqçı gəmisi ilə bağlı təfərrüatlar yer alıb.

Açıqlamada İran bayraqlı “FV Əl-Kəmbər” gəmisinin 9 silahlı dəniz qulduru tərəfindən ələ keçirilməsindən sonra xilasetmə əməliyyatı çərçivəsində donanmanın 2 gəmi təyin etdiyi qeyd edilib.

Açıqlamada, təxminən 12 saat davam edən əməliyyatdan sonra gəmidəki dəniz quldurlarının təslim olduğu və 23 Pakistan vətəndaşından ibarət ekipajın xilas edildiyi bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər