Əsas məzmuna keç

Əsir mübadiləsi apardılar

Əsir mübadiləsi apardılar

BƏƏ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında 103 hərbçinin azad edilməsi prosesi baş tutub. Prezident Zelenski detalları açıqladı - Təfərrüat:

en ru

ilə arasında qarşılıqlı olaraq 103 hərbçinin dəyişdirildiyi mübadiləsi həyata keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Ukraynadan 103 rusiyalı hərbçi geri alınıb, bunun müqabilində isə Ukrayna Silahlı Qüvvələrinin 103 hərbçisi təhvil verilib.

Əsir mübadiləsi nəticəsində azad edilən rusiyalı hərbçilərin hazırda Belarusda olduqları qeyd olunub.

Rusiyanın İnsan Hüquqları üzrə Ali Komissarı Yana Lantratovanın da hərbçilərin yanında olduğu vurğulanıb.

Hərbçilərə zəruri psixoloji və tibbi yardım göstərildiyi, daha sonra müalicə və reabilitasiya üçün Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə köçürüləcəkləri bildirilib.

Əsir mübadiləsinin Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə həyata keçirildiyi qeyd olunub.

Ukrayna Prezidenti Volodimir Zelenski də hesabında paylaşım edərək Rusiya ilə həyata keçirilən əsir mübadiləsini şərh edib.

Zelenski bildirib ki, mübadilə nəticəsində ölkəyə qaytarılan 103 hərbçi cəbhə xəttinin müxtəlif istiqamətlərində xidmət edib.

Əsir mübadiləsinin həyata keçirilməsində iştirak edən komandalara təşəkkür edən Zelenski, bütün hərbçilərin evlərinə qaytarılması üçün əllərindən gələni etdiklərini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…