Hindistan aviaşirkəti gələn aydan Azərbaycana birbaşa uçuşlara başlayacaq

Hindistan aviaşirkəti gələn aydan Azərbaycana birbaşa uçuşlara başlayacaq
20.07.2023 15:30
Aa
dəq

Hindistanın "IndiGo Airlines" şirkəti gələn aydan Azərbaycana birbaşa uçuşların həyata keçirilməsini planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM"  Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumun sədri Fuad Nağıyevlə Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan arasında keçirilən görüşdə məlumat verilib.

Tərəflər münasibətlərin inkişaf perspektivləri, qarşılıqlı tanıtım tədbirləri, ölkəmizdə Hindistanlı turistləri cəlb edən mədəni-tarixi amillər, son dövrlərdə Hindistanlı turistlərin Azərbaycana səfərlərinin intensivləşməsi, birbaşa uçuşların sayının artırılması məsələlərini müzakirə edib.

Bu ilin I yarısında Hindistandan Azərbaycana 47 670 nəfərdən çox şəxs səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1,7 dəfə artım deməkdir.

Hindistan vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş "e-visa" sistemi tətbiq olunur. Onlar ölkəmizə "Azərbaycan Hava Yolları" QSC-nin Delhi-Bakı-Delhi istiqamətində həyata keçirdiyi birbaşa uçuşlar vasitəsilə gələ bilirlər.

Həftənin ən çox oxunanları

Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər

Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
DAVAMIN OXU davamın oxu

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə başlayıb

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə başlayıb
DAVAMIN OXU davamın oxu

Bakıda 5 ulduzlu hotellərin orta qiyməti 25 % artıb

Bakıda 5 ulduzlu hotellərin orta qiyməti 25 % artıb
DAVAMIN OXU davamın oxu

Bayram günlərində milli parkları ziyarət edən turistlərin sayı açıqlanıb

Bayram günlərində milli parkları ziyarət edən turistlərin sayı açıqlanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan və Rusiya arasında turizm əlaqələri müzakirə olunub

Azərbaycan və Rusiya arasında turizm əlaqələri müzakirə olunub
DAVAMIN OXU davamın oxu