Himayəyə götürülən uşaqların gələcəkdə üzləşə biləcəkləri problemlər açıqlanıb

Himayəyə götürülən uşaqların gələcəkdə üzləşə biləcəkləri problemlər açıqlanıb
03.05.2023 13:03
Aa
dəq

“Himayəyə götürülən uşaqların 18 yaşından sonrakı taleyi barədə də düşünməliyik. Qanunvericilik baxımından da bu məsələyə baxılmalıdır”

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin mayın 3-də keçirilən iclasında deyib.

Onun sözlərinə görə, himayədar ailə modeli məsələsində bir neçə məqama xüsusi diqqət yetirməlidir: "Misal olaraq, himayəyə götürülən uşaq bir müddət sonra həmin ailə ilə münasibət qurmaya bilər, yaxud hər hansı səbəbdən uşaq imtina edə bilər. Uşağın yenidən əvvəlki qaldığı müəssisəyə qayıtması sonradan başqa ailəyə verilməsi əlavə psxioloji gərginlik yaradan məsələlərdir. Yaxud da öz ailəsində brend geyimlər geyinən uşaq himayədar ailədə olanda onun üçün ayrılan müavinətdən razı qalmaya bilər. Bu kimi məsələlər psixoloji, mənəvi problemlər də ortaya çıxara bilər. Bunlar nəzərə alınmalıdır. Hesab edirəm ki, Ailə İnstitutunun yaradılması vacibdir”.

M.Quliyev bildirib ki, himayədar ailələrin seçilməsi çox ciddi məsuliyyət tələb edir: “Bir çox ölkələrdə bu humanist missiya kimi nəzərdə tutulub. Hətta təyin olunan müavinət də məhz uşağın özünün istifadəsinə verilir. Biz də yavaş-yavaş bunlara getməliyik. İstənilən halda hər hansı uşaq müəssisəsindənsə evdə qayğıya cəlb olunması əhəmiyyətlidir. Himayəyə götürülən uşaqların 18 yaşından sonrakı taleyi barədə də düşünməliyik. Qanunvericilik baxımından da bu məsələyə baxılmalıdır”.

Həftənin ən çox oxunanları

MSK yekun siyahını açıqladı - Bu şəxslər deputat seçildi

MSK yekun siyahını açıqladı - Bu şəxslər deputat seçildi
DAVAMIN OXU davamın oxu

Beş məntəqənin nəticələri ləğv edildi - YENİLƏNİB

Beş məntəqənin nəticələri ləğv edildi - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

"Azərbaycan seçici siyahıları ilə bağlı fəaliyyətində dünyada bir nümunə kimi göstərilir"

DAVAMIN OXU davamın oxu

Bu dairələrdən şikayətlər var

Bu dairələrdən şikayətlər var
DAVAMIN OXU davamın oxu

"Seçki ilə bağlı sosial şəbəkələrdə paylaşılan məsələlər araşdırılır"

DAVAMIN OXU davamın oxu