Livanın şiə qruplaşması olan “Hizbullah” İsrail və ABŞ-nin həyata keçirdiyi hərbi hücumlarla bağlı İrana dəstək bəyanatı yayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "Reuters" agentliyinə istinadən xəbər verir ki, təşkilat həm İran rəhbərliyi, həm də xalqı ilə tam həmrəy olduğunu bildirib.
Bəyanatda region xalqlarına müraciət edilərək, İsrail və ABŞ-nin aqressiv planlarına qarşı müqavimət göstərməyin vacibliyi vurğulanıb.
Qruplaşma qeyd edib ki, bu planların reallaşması bölgədəki hər bir fərdə mənfi təsir göstərəcək.
Lakin "Hizbullah" rəsmiləri Tehrana kömək məqsədilə hər hansı konkret hərbi addımın atılıb-atılmayacağı barədə məlumat verməyiblər.