Əsas məzmuna keç

Heydər Əliyev adına Hərbi İnstitutda andiçmə mərasimi keçirilib

Heydər Əliyev adına Hərbi İnstitutda andiçmə mərasimi keçirilib

Milli Müdafiə Universitetinin tabeliyindəki ali hərbi təhsil ocağında baş tutan tədbirdə şəxsi heyət və professor-müəllim kollektivi iştirak edib. Görəsən, gənc əsgərlərə hansı tövsiyələr verilib?

ru en

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən “Operativ Məlumat Mərkəzi-OMM”ə verilən məlumata görə, MMU-nun və institutun rəhbərliyi, şəxsi heyəti, o cümlədən professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə orkestrin müşayiəti ilə Döyüş bayrağı sıranın önünə çıxarılıb.

Sonra xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Çıxış edənlər kursantları Hərbi andı qəbul etmələri münasibətilə ürəkdən təbrik edərək onlara gələcək hərbi xidmətlərində uğurlar arzulayıb, Azərbaycan xalqına layiqli övlad olmağı, Vətənə, xalqa və Hərbi anda daim sədaqətlə xidmət etməyi tövsiyə ediblər. Həmçinin gələcəyin hərbi qulluqçularına xidmət zamanı yüksək nizam-intizam qaydalarına riayət etməyin vacibliyini vurğulayıblar.

Kursantlar adından çıxış edənlər yeni qəbul olunanlara təhsillərində müvəffəqiyyət arzu edib və yaradılmış şəraitdən məmnunluqlarını bildiriblər.

Sonda kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içib.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…