Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hərbi xidmət müddəti dəyişdirilir - Rəsmi

5 dəq
Paylaş:
Hərbi xidmət müddəti dəyişdirilir - Rəsmi

Azərbaycanda hərbi xidmət müddətinin hesablanma qaydası dəyişdirilir. in Gənclər və idman komitəsində müzakirə olunan yeni qanun layihəsinə əsasən, hərbçilərin xidmətə başlama tarixi artıq köhnə qaydalarla deyil, yeni meyarlarla müəyyən ediləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu yeniliklər "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Çağırışçılar üçün xidmət müddəti nə vaxtdan hesablanacaq?

Yeni layihəyə görə, çağırışçılar üçün həqiqi hərbi xidmətin başlanğıcı, onların icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün sayılacaq.

Müqayisə üçün qeyd edək ki, qüvvədə olan qanuna əsasən, bu müddət fərqli hesablanırdı. Əvvəllər xidmət çağırışçıların hərbi hissəyə göndərilmək üçün hərbi komissarlığa gəldikləri gündən start götürürdü.

Dəyişiklikdən öncə vətəndaşların hərbi xidmətə göndərilməsi hərbi komissarlıq tərəfindən Respublika toplanış məntəqəsi vasitəsi ilə həyata keçirilirdi. Rayon hərbi komissarlıqları şəxsləri hərbi hissələrə göndərməzdən əvvəl onların vəsiqələrini alır və iltizam almaqla onlara hərbi bilet verirdilər.

Könüllülər və zabitlər üçün "bağlaşma" detalı

Əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətində (MAXE) dəyişir. Bağlaşma əsasında xidmətə könüllü daxil olanlar üçün bağlaşmanın imzalandığı gün həqiqi hərbi xidmətin başlanğıcı hesab ediləcək. Qüvvədə olan qanuna görə isə bu tarix, xidmətə qəbul və vəzifəyə təyin olunma haqqında əmrin imzalandığı gün sayılırdı.

Eyni yanaşma gizirlər və miçmanlara da şamil edilir. Onlar üçün də bağlaşmanın imzalandığı gün xidmətin başlanğıcı olacaq (əvvəllər əmrin imzalandığı gün idi).

Zabitlərin həqiqi hərbi xidmətində də analoji dəyişiklik nəzərdə tutulur. Bağlaşma əsasında könüllü xidmətə daxil olan zabitlər üçün xidmət müddəti bağlaşmanın imzalandığı gündən hesablanacaq.

Bundan əlavə, ali və orta ixtisas hərbi təhsil müəssisəsini bitirdikdən sonra hərbi xidmətə çağırılan ehtiyat zabitləri üçün isə qayda fərqlidir. Onlar üçün hərbi xidmətə çağırılma (qəbul olunma) barədə əmrin imzalandığı gün həqiqi hərbi xidmətin başlanğıcı sayılacaq.

Qadınların hərbi xidməti və sənədləşmə qaydaları

Qanun layihəsində qadın hərbçilərlə bağlı mühüm məqamlar yer alıb. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hərbi uçot ixtisası olan 19 yaşından 40 yaşınadək Azərbaycanın qadın vətəndaşları öz razılığı ilə hərbi qeydiyyata götürülə bilərlər. Onlar bağlaşma əsasında Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə qəbul edilirlər və xidmət müddəti bağlaşmanın imzalandığı gündən başlayır.

Qüvvədə olan qanuna əsasən isə hərbi uçotda olmayan qadınlar üçün xidmətin başlanğıcı fərqli idi. Bu, hərbi komissarlığın sərəncamında göstərilmiş yerə getmə günündən tez olmayaraq hərbi rütbə verilməsi haqqında əmr imza edilən gün sayılırdı.

Sənədləşmə və logistika məsələlərinə gəldikdə, çağırışçıların toplanış məntəqəsinə aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Şəxslər hərbi hissələrə göndərilməzdən əvvəl onların şəxsiyyət vəsiqəsi müvəqqəti alınaraq müvafiq orqana təhvil verilir. Həmin sənədlər xidmət başa çatanadək orada saxlanılır və sonra sahibinə qaytarılır.

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara və xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına hərbi bilet veriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax