Əsas məzmuna keç

Hərbi vəzifəlilər şərti düşmən hədəflərinin məhv edilməsi üzrə tapşırıqlar icra ediblər

Hərbi vəzifəlilər şərti düşmən hədəflərinin məhv edilməsi üzrə tapşırıqlar icra ediblər

Müdafiə Nazirliyinin 2024-cü il üçün hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində...

Müdafiə Nazirliyinin 2024-cü il üçün hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində "N" hərbi hissəsində hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə nazirlikdən bildirilib.

Toplanışda hərbi vəzifəlilərə Ordusunun arsenalında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları, həmçinin sıra hazırlığının elementləri öyrədilir.

Bundan başqa, iştirakçılar atış sahəsində atəş mövqeyinin tutulması və şərti hədəflərinin məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.

Keçirilən toplanışın əsas məqsədi hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…