Operativ Məlumat Mərkəzi

Hərbi prokuror hərbçilərlə görüşüb

2 dəq
Paylaş:
Hərbi prokuror hərbçilərlə görüşüb
görüşlərdə Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçuları iştirak ediblər. Bildirilib ki, müxtəlif...

Azərbaycan Respublikasının Baş prokurorunun müavini - hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyevlə birlikdə dövlət sərhədlərində qulluq edən hərbi qulluqçularla görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşlərdə Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçuları iştirak ediblər.

Bildirilib ki, müxtəlif hərbi hissələrdə birgə keçirilən tədbirlərdən öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirlərdə Dövlət Himni səsləndirilib, Baş Prokurorluğun rəhbərliyinin təbriki şəxsi heyətə çatdırılıb.

Çıxış edənlər dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və xalqın əzmkarlığı ilə əldə olunan uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrin formalaşdırılmasından bəhs ediblər.

Daha sonra hərbi qulluqçuların qarşısında hüquqi maarifləndirici məzmunda çıxışlar olub, onları maraqlandıran suallar cavablandırılıb. Hərbçilərin məişət və xidmət şəraiti ilə bağlı məsələləri, həmçinin qayğı və problemləri dinlənilib.

Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər