Əsas məzmuna keç

Hərbi prokuror HDQ-də görüş keçirdi

Hərbi prokuror HDQ-də görüş keçirdi

Bəhruz Əhmədov və Şahin Məmmədov Hərbi Dəniz Qüvvələrində nizam-intizamın artırılması ilə bağlı mühüm göstərişlər verib. Görüşün maraqlı detalları və mükafatlandırılan hərbçilər...

en ru

Hərbi Müdafiə Nazirliyinin Hərbi Qüvvələrinin hərbi qulluqçuları ilə görüş keçirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Hərbi Prokurorluqdan məlumat verilib.

Görüşdə Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Məmmədov çıxış edərək, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə yaradılmış şərait barədə geniş məlumat verib. O, maddi və texniki təchizatın yüksəldilməsi üçün mütəmadi işlərin görüldüyünü vurğulayıb.

Komandan qeyd edib ki, Hərbi Dəniz Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşılarına qoyulacaq bütün əmr və tapşırıqları vaxtında yerinə yetirməyə qadirdir.

Hərbi prokuror görüş zamanı hərbi qulluqçulara nizam-intizamın artırılması ilə bağlı zəruri tövsiyə və tapşırıqlarını verib.

Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub və xidməti fəaliyyətdə uğurlar arzulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…