Əsas məzmuna keç

Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü təyin edildi

Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü təyin edildi

Seymur Namazov və Raqif İsayevin 4 yaxınına 700 AZN ayrıldı. Nazirlik Fərmanın icrası və ödəniş qaydası haqqında məlumat yaydı. Kimlər bu vəsaiti ala biləcək?

en ru

Minatəmizləmə fəaliyyəti zamanı həlak olan minatəmizləyənlərin – Seymur Rəşid oğlu və İsayev Raqif Deputat oğlunun 4 nəfər ailə üzvlərinə Prezidentin aylıq təqaüdünü təyin edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, təqaüdün aylıq məbləği 700 manatdır. Fərmanla bu məbləğin onların ailə üzvlərinin sayına uyğun bərabər hissələrə bölünməklə ödənilməsi nəzərdə tutulub.

Xatırladaq ki, İlham Əliyevin Fərmanına əsasən minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Prezidentinin təqaüdü təsis edilib.

Ailə üzvlərinin sırasına dul arvadı (əri), valideynləri, 18 yaşına çatmamış (peşə təhsili, orta ixtisas təhsili və müəssisələrində təhsil alanlara münasibətdə isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək) övladları, 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, uşaq evlərində tərbiyə olunan qardaş və bacıları, birinci növbədən digər qohumları olmayan baba və nənələri aiddir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…