Əsas məzmuna keç

Həbs edilmiş iş adamı Paşinyanın mətbuat katibi və aparat müavinini məhkəməyə verib

Həbs edilmiş iş adamı Paşinyanın mətbuat katibi və aparat müavinini məhkəməyə verib

bu barədə məlumat “Datalex” məhkəmə-hüquq informasiya portalında yerləşdirilib. S.Karapetyan cavabdehlərin hər birindən böhtan xarakterli bəyanatların...

Həbs Samvel Karapetyan Ermənistanın baş naziri Nikol Paşinyanın Nazeli Bağdasaryan, hökumət aparatının müavini Taron Çaxoyan və politoloq Arutyun Mkrtçyan əleyhinə məhkəməyə ərizə ilə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-inə istinadən xəbər verir ki, bu barədə məlumat “Datalex” məhkəmə-hüquq informasiya portalında yerləşdirilib.

S.Karapetyan cavabdehlərin hər birindən böhtan xarakterli bəyanatların ictimai təkzibi ilə yanaşı, 9 milyon dram (təxminən 23,6 min dollar) məbləğində mənəvi zərərin ödənilməsini tələb edir.

Qeyd edək ki, "Taşir" Qrupunun rəhbəri Samvel Karapetyan hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunaraq iyunun 18-də iki ay müddətinə həbs edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…