İranda bavanın çirklənməsi səbəbindən Tehran, İsfahan, Əlborz, Erak və Simnan əyalətlərində distant təhsilə keçid davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "İRNA" xəbər agentliyi məlumat yayıb.
Belə ki, hava çirkliliyi səbəbindən Tehran və İsfahan əyalətlərində üç gündür həyata keçirilən təhsil tənzimləməsi daha iki gün davam edəcək.
Təcrübəyə görə, məktəbəqədər təhsil səviyyəli məktəblər bağlanarkən, ibtidai, orta və lisey səviyyəli məktəblərdə, həmçinin universitetlərdə təhsil onlayn davam etdiriləcək.