Operativ Məlumat Mərkəzi

Hava çirkliliyinə görə dərslər distant formada keçirilir

1 dəq
Paylaş:
Hava çirkliliyinə görə dərslər distant formada keçirilir

İranda hava çirkliliyi və qrip epidemiyası (İnfluenza) səbəbilə bu gün 18 əyalətdə orta və ali təhsil müəssisələrində dərslər distant formada keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, distant təhsil qərarı verilən vilayətlərin siyahısını açıqlayıb.

Paytaxt Tehran, Elborz, Qum, Qərbi və Şərqi Azərbaycan, Mərkəzi, Qəzvin, Simnan və İsfahan vilayətlərində şagirdlər hava çirkliliyinə görə dərslərdə məsafədən iştirak edirlər.

Həmədan, Gilan, Yəzd, Kirman, Sistan-Beluçistan, Cənubi və Şimali Xorasan, Xorasan-i Rəzəvi və Zəncan vilayətlərinin şagirdləri isə qrip epidemiyası səbəbindən məktəblərinə gedə bilmirlər.

İsveçrə mərkəzli hava monitorinq şirkəti IQAir-ə görə, Tehran bu gün hava çirkliliyi sıralamasında dünyada 225 mikroqram/kübmetr göstərici ilə Bağdad və Dehlinin ardından 3-cü yerdədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər